Ağdamda Ermənistan istehsalı olan minalar aşkarlanıb

Ötən gün Ağdamda vəzifəli şəxsin minaya düşdüyü ərazidən Ermənistan istehsalı olan minalar aşkarlanıb. 

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Xaliq Zülfüqarov deyib.  

Onun sözlərinə görə, ötən gün Ağdamın işğaldan azad olan Novruzlu kəndində Mexaniki Suvarmalar sistemi idarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü əraziyə baxış keçirilib. Baxış zamanı həmin ərazidən 3 ədəd Ermənistan istehsalı olan “PMN-E” piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vaksin vurduranların ciddi şikayəti ilə qarşılaşmamışıq –

Sonrakı məqalə

“X-XI siniflərdə tədrisin bərpası ilə bağlı qərar yoxdur”-