Ağdaşda qadın xəstəxanada əməliyyatdan sonra vəfat edib –Tərtərdə doğuş zamanı körpə ölüb

Ağdaşda qadın əməliyyatdan sonra ölüb.

Hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tərtərdə isə uşaq ölümü baş verib.

Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb. (APA)

Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə snayper tüfəngləri ilə atəşkəsi pozub

Sonrakı məqalə

ABŞ-da yaşayan müsavatçı Arif Hacılını istefaya çağırdı, qalmaqal düşdü :