Ağstafada Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleks tikiləcək- SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“Report”un məlumatına görə, sərəncamla Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MTRŞ efir məkanında dövlət dilinin istifadəsi ilə bağlı problemlər aşkarlayıb

Sonrakı məqalə

Azərbaycan əhalisi nağd dollar alışını azaldıb