Ağstafa icra başçısının həbs olunan müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin və onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb. Bu gün isə icra hakimiyyəti başçısının daha bir müavini tutulub. Bu başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.

“Yeni Sabahxəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib. Əldə etdiyimiz məlumata görə, həbs olunan müavin Baş Nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Seçkiləridə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adı açıqlandı –

Sonrakı məqalə

“Maşınları, mülklərı, villaları olan sahibkara dövlət nə üçün kömək etməlidir?” –