Ağsu aşırımında yük maşını aşıb, yaralananlar var

19.11.2019 · 13:31 · Sosial

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.