Aİ Macarıstanı Kiyevə yardımı təsdiqləməyə razı sala bilməyib

“Avropa İttifaqına üzv ölkələrin və Qərb qurumlarının liderləri hələ Macarıstanı Kiyevə 50 milyard avro məbləğində yardımı təsdiqləməyə razı sala bilməyiblər”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi bildirib.

O, fevralın 1-də Aİ-nin fövqəladə sammitində Kiyevə vəsaitin ayrılması ilə bağlı danışıqları çətin adlandırıb:

“Danışıqlar intensiv şəkildə davam edir, lakin biz hələ də razılığa gələ bilməmişik. Macarıstan tərəfdən müəyyən hərəkətlər gördük, lakin Ukrayna ilə bağlı danışıqlar çətin olaraq qalır”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.