Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadəni razılaşdırıb- “Financial Times”

Aİ səfirləri Avropa Komissiyasının direktivi ilə bağlı razılığa gəliblər.

Azpost.info xəbər verir ki, sənədə görə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər ayrıca qeydə alınacaq və Avropa ölkələrinin, eləcə də Ukraynanın ehtiyacları üçün istifadə olunacaq.

“Financial Times” sənədə istinadən yazır ki, bu puldan demək olar ki, 100 faiz vergi tutulacaq və o, sonradan Aİ büdcəsinə köçürüləcək.

Söhbət hesablarında Rusiyanın 191 milyard avro dəyərində aktivlərinin bloklandığı beynəlxalq “Euroclear” platformasından gedir.

Nəşr qeyd edir ki, bütün Aİ ölkələri bu haqqı təsdiqləməlidir. Eyni zamanda, sənəddə vurğulanır ki, aktivlərin müsadirəsinin özü nəzərdə tutulmur.

Bu qərar Aİ Şurasının dondurulmuş Rusiya aktivlərini yenidən investisiya etmək qərarının nəticəsi idi. 2023-cü ilin dekabrında Avropa Komissiyası onlardan əldə edilən gəlirin ayrıca hesaba yatırılmasını və demək olar ki, 100 faiz vergiyə cəlb olunmasını tələb edib.

Azpost.info

Əvvəlki məqalə

Məhkəmə İmran Xanı uzunmüddətli həbsə göndərdi

Sonrakı məqalə

Zabratda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma başlanılıb