Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Aİ Ukrayna ərazisi ilə qaz nəql etməsi üçün Azərbaycana müraciət edib –

User 13 İyun 2024 - 20:55 (Last updated: 21 May 2025 - 20:15)
qaz

Avropa İttifaqı Ukrayna ərazisi ilə təbii qaz nəqli həyata keçirməsi üçün Azərbaycana müraciət edib.

Bu barədə “Politico” Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Avropa rəsmiləri Azərbaycana Ukrayna ərazisindən keçən və hazırda Rusiya qazı nəql edilən kəmərlə qaz nəqli həyata keçirməsi üçün sxem təqdim edib.

“Aİ və tranzit ölkələr tərəfindən Azərbaycanla əlaqə saxlanılıb və biz bu məsələ barəsində danışırıq… Hazırda biz bu prosesə necə töhfə verə biləcəyimizə dair müxtəlif variantları nəzərdən keçiririk… Mən zaman çərçivəsi qoymaqdan çəkinərdim, amma müraciət olub və biz bunu ciddi qəbul etmişik, çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir”, – Hikmət Hacıyev deyib.

Məlumata görə, təklif Kiyevlə Rusiya arasında qaz tranzitinə dair razılaşma ilin sonunda bitdikdən sonra Avropaya təbii qaz nəqlinin saxlanılması və Rusiyadan Aİ-yə qaz idxalının kəsilməsi yolu kimi nəzərdə tutulub.

Qeyd olunub ki, Aİ daha əvvəl Ukrayna ilə Rusiya arasında qaz nəqlinə dair razılaşmanın bitməsini istədiyini, başqa yerlərdən kifayət qədər enerji resursları qəbul edəcəyinə əminliyini ifadə edib.

Hikmət Hacıyev hazırda 8 Avropa İttifaqı ölkəsinin Azərbaycandan təbii qaz idxal etdiyini qeyd edib. (APA)

Post navigation

Previous: “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir!
Next: Bu il ölkə üzrə 102 min 120 nəfər orta məktəbi bitirir

Oxşar xəbərlər

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.