AİB-in sədri Eyyub Hüseynovun qızı Kanadada vəfat edib

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış.

O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: “Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir