“Böyük, çoxuşaqlı ailə ölkənin dayağıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezident Vladimir Putin bildirib.
Rusiya lideri xatırladıb ki, hakimiyyət 2024-cü ildə başlayan “Ailə ili” çərçivəsində bir sıra tədbirlər hazırlayıb.
“300-dən artıq belə tədbir var. Heç şübhəsiz ki, bütün bu tədbirlərin əsas iştirakçıları sizsiniz, ailələrinizdir. Uşaq nə qədər çox olsa, bir o qədər yaxşıdır”, – Putin deyb.
O xatırladıb ki, bu yaxınlarda çoxuşaqlı ailələrin statusu ilə bağlı sərəncam imzalayıb.
Prezident qeyd edib edib ki, çoxuşaqlı ailələri ona görə mühüm hesab edir ki, məhz onlarda həm ailənin, həm də ölkənin söykəndiyi əsas insani keyfiyyətlər tərbiyə olunur. Putin belə keyfiyyətlər arasında böyüklərə hörməti, kiçiklərə sevgi və qayğını, həmçinin zəhməti qeyd edib: “Bunlar bizim daim danışdığımız və dəstəklədiyimiz çox ənənəvi dəyərlərdir. Əslində bizim bütün daxili siyasətimiz, iqtisadi siyasətimiz bu və ya digər şəkildə ailə dəstəyi ilə bağlıdır”.
Azpost.info