Akif Çovdarovun kasasiya şikayəti üzrə proses təxirə salınıb

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə polkovnik Səlim Məmmədovun məhkəməyə müraciəti oxunub. Müraciətdə qeyd olunub ki, polkovnik özü məhkəmədə iştirak etmək istəyir.

Bundan başqa, məhkəməyə zərərçəkmiş Arif Həsənovun kasasiya şikayətinə etirazı daxil olub.  O, etirazında özü ilə bağlı xüsusatlarda yanlışlığa yol verildiyini bildirib.

A. Həsənovun nümayəndəsi etirazın tam mətnini yaxın günlərdə məhkəməyə təqdim edəcəyini bildirib.

Bu səbəbdən məhkəmə 2020-ci il yanvarın 30-a qədər təxirə salınıb.

Qeyd edək ki, A. Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib.

A. Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər.

A. Çovdarov apelyasiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətini geri götürsə də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub

Sonrakı məqalə

“Pulsuz səhiyyə özünü doğrultmayıb”-