“Aksiyaları elita təşkil edib, prezident Tokayev onları tanıyır” –Rusiyalı politoloq

“Qazaxstanda etiraz aksiyalarını prezident Kasım Jomart Tokayevin istefasını istəyənlər təşkil edib”.
Azpost.info bildirir ki, bu sözləri RİA-Novosti-yə Rusiyanın MDB ölkələri İnstitutunun baş direktor müavini Vladimir Jarixin deyib. Onun sözlərinə görə, bu dairələrin məqsədini görməmək mümkün deyil: “Dövlət başçısı da bunu bilir. Prezident ad çəkmədi, amma bunu kimlərin etdiyini bilir. Etirazların təşkil olunduğu göz önündədir”-deyə Jarixin vurğulayıb.
Onun sözlərinə görə, etiraz aksiyalarını Tokayevin istefasında öz xeyirlərini görən elita nümayəndələri təşkil edə bilər: “Ağlı başında olan adamlar yanacağın qiymətini 2 dəfə yarım qaldırmazlar”.
Jarixin deyib ki, hökumətin qiymətləri əvvəlki səviyyəyə qaytarmasına baxmayaraq etirazçılar şüarlarını dəyişiblər: “İndi onlar hakimiyyətin istefasını tələb edirlər, bu isə çox şübhəlidir”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL Almatı şəhərinə uçan təyyarə reyslərini ləğv edib

Sonrakı məqalə

Hərbi avtomobil qəzaya uğrayıb, iki hərbçi xəsarət alıb –