“Aksiyaya görə polislərin işdən çıxarılması xəbəri yalandır”

- Bakı polisindən açıqlama
24 Oktyabr 2019 - 13:04

Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.