Aktau şəhərində etiraz aksiyaları davam edir –

İnsanlar mərkəzi meydana toplaşırlar (FOTO)
07 Yanvar 2022 - 01:36
Qazaxstanın Aktau şəhərində etriaz aksiyaları davam edir. 
Azpost.info bildirir ki, bu barədə “Xabar 24” telekanalı məlumat yayıb. Polis etiraz aksiyasında iştirak edənləri əhatəyə alıb. Toqquşma yoxdur, adamlar mərkəzi meydana toplaşırlar.
“Polis ərazini mühasirəyə alıb. Jurnalistlər də ora buraxılmır. Heç bir qarşıdurma yoxdur, adamlar özlərini son dərəcə sakit aparırlar. Meydanda çadır qurulub, səhra mətbəxi təşkil olunub. İnsanlar mərkəzi meydana toplaşmağa davam edirlər”-deyə telekanal bildirib.