Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətubuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.
O bildirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.