“Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır” –Prezident Aleksandr Vuçiç

Albaniya və Xorvatiya Serbiyaya mümkün hücuma hazırlaşır.

Azpost.info bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasına (RTS) verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu ölkələr hərbi ittifaq yaradır və hərəkətə keçmək üçün uyğun anı gözləyirlər.

“Onlar bizə hücum etmək üçün ittifaq yaradırlar. Onlar Rusiya ilə Avropa arasında münaqişənin kəskinləşməsini, eləcə də Yaxın Şərqdə böyük bir müharibənin başlamasını gözləyirlər. Onlar qlobal xaosun onlara bunu etməyə imkan verməsini gözləyirlər”, – Vuçiç müsahibədə bildirib.

Bundan əvvəl Albaniya, Xorvatiya və Kosovo  müdafiə əməkdaşlığı haqqında bəyannamə imzalayıblar. Belqrad bunu ölkənin təhlükəsizliyinə potensial təhdid kimi gördüyünü bəyan edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.