“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib”.
“Report” xəbər verir ki, bunu Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
Bildirib ki, bunun nəticəsində Azərbaycan Ordusunun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərlik ruhu artıb.
Müdafiə nazirinin müavini ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb.
K.Vəliyev 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.