“Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr uğurla həyata keçirilib”
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib”.
“Report” xəbər verir ki, bunu Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
Bildirib ki, bunun nəticəsində Azərbaycan Ordusunun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərlik ruhu artıb.
Müdafiə nazirinin müavini ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb.
K.Vəliyev 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
