Ali dini rəhbər Xamneyi Qarabağın azad olunmasına sevindi –İranın Baş Qərargah rəisi

“Qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək və hər növ işğalçılığa qarşı olmaq İranın xarici siyasətinin əsasını təşkil edir”.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

O bildirib ki, İran və Azərbaycan tarix, din, dil və məzhəb baxımından bir-birinə yaxındırlar və möhkəm bağlara sahibdirlər: “Ümid edirəm sizin səfəriniz iki ölkə arasında əlaqələrin, xüsusi ilə hərbi, texniki və müdafiə sahəsindəki əlaqələrin möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün əlverişli imkan yaradacaq. Biz həmişə azərbaycanlı qardaşlarımızı görməkdən məmnunuq. Çünki İran xalqı Azərbaycanın qardaş xalqını özünə daha yaxın hiss edir”.

M. Baqiri vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin uzun illərdən sonra azad olunması İranın Ali Rəhbərinin və İran xalqının sevincinə səbəb olub.

“Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünə ölkəmizin ərazi bütövlüyünə qarşı həssas olduğumuz qədər həssasıq”, – iranlı general vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Buraxılış imtahanları bir mərhələdə keçiriləcək

Sonrakı məqalə

Azərbaycanda son sutkada 2 468 nəfər COVID-19-a yoluxub