Alimlər 30 ildən sonra ilk dəfə saç tökülməsinə qarşı dərman yaradıblar. AzPost bildirir ki, "Cosmo Pharmaceuticals" şirkətinin tərtibatçılarına görə, məhsul saçların uzanmasını beş dəfədən çox - 539% sürətləndirə bilər. Dərman iynə tələb etmir və birbaşa baş dərisinə yaxılır. Hazırda AB və ABŞ-da təsdiqlənmə mərhələsindədir. Dərmanın 2027-ci ildə bazara çıxarılması gözlənilir.

AzPost.az