Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar –FOTO

Alimlər hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər. Toronto Universitetinin alimlərinin hazırlaması “Materials Horizons” jurnalında dərc edilib.

“ICTnews” xəbər verir ki, alimlər tərəfindən hazırlanmış süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Bundan əvvəl də Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri hazırlamışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlayıblar.(Yeniavaz.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk futbolçusu Azərbaycan yığmasında oynayacaq –

Sonrakı məqalə

Hindistanlı gənclərin Şəhidlər Xiyabanında hörmətsiz davranışı –