Allahşükür Paşazadə, Ramiz Mehdiyev və İren Melikoff 37 il əvvəl –

Paris, 1984-cü il (“Fotoxronika”)
15 Avqust 2021 - 20:22

Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə beynəlxalq əlaqələri məhdud olsa da humanitar məqsədli tədbirlərdə öz nümayəndələri ilə iştirak edib.

Azərbaycanı təmsil edən alimlər, sənətkarlar, bəstəkarlar müxtəlif xarici ölkələrdə olublar.

“Fotoxronika” rubrikasında bu bir şəkili təqdim edirik. Fotoşəkili Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə öz səhifəsində paylaşıb.

Noyabr.1984-cü il. Fransada Azərbaycan günləri.

Strasburq Universitetində “Azərbaycan: Dünən,bu gün,sabah” mövzusunda elmi konfrans keçirilir.

Soldan saga: Şeyxülislam Allahşükür Paşazadə, SSRİ-nin YUNESKO-da işləyən həmyerilmiz Ramiz Abutalıbov, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideologiya şöbəsinin müdiri Ramiz Mehtiyev oturub. Arxada, ayaq üstə duran tərcüməçi, sonralar müstəqil Azərbaycanın Fransada səfiri olacaq Eleonora Hüseynovadır. 8-ci məşhur türkoloq alim Iren Melikoff, sırada 10-cu tükoloq Luis Bazindir.