Alma-Atada yenidən etiraz aksiyası başlanıb –

Kütlə meriya binasına hucum edib
05 Yanvar 2022 - 13:19

Qazaxstanın Alma-Ata şəhərində bu gün yenidən etiraz aksiyaları başlanıb. 

Azpost.info “Sputnik Qazaxstan”a istinadən bildirir ki, 3 min civarında aksiya iştirakçıları mərkəzi meydana toplaşıblar. Bundan sonra etirazçılar şəhər icra hakimiyyəti olan Hakimatın binasına hucum ediblər. Hucumçular rezin dəyənklələr silahlanıblar. Polis səs bombaları ilə huucmçuları dağıtmağa çalışır.

Son məlumata görə, kütlə icra hakimiyyətinin binasına daxil ola bilib. Binadan tüstü qalxır. Polis adamları dağıtmağa çalışır.