Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə Meydan.TV-nin rəhbərlərindən, Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.
O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: “Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış”.
Həbib Müntəzir qeyd edib ki, Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib:
“Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;
İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;
Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
Abdin Cavadov – Müsavat AKM-in üzvü;
Mehdi Xəlilbəylinin qohumu;
Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;
Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir;
Mehdinin sürücüsü Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil”