Alman polisi mühacir alverində şübhəli olan azərbaycanlıları saxlayıb –Siyahıda Ədliyyə Nazirliyini sabiq məmuru, müsavatçılar, Sabir Rüstəmxanlının qardaşı var (SİYAHI)

Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. 

Azpost.info bildirir ki, bu barədə Meydan.TV-nin rəhbərlərindən, Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: “Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış”.

Həbib Müntəzir qeyd edib ki,  Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib:

“Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;

Abdin Cavadov – Müsavat AKM-in üzvü; 

Mehdi Xəlilbəylinin qohumu; 

Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;

Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir; 

Mehdinin sürücüsü Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” –