Almaniya Aİ ölkələrinə səyahət qadağasını aradan qaldıracaq

Almaniya Avropa İttifaqı ölkələrinə səyahət qadağasını aradan qaldıracaq.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib. 

“Almaniya iyunun 15-dən Aİ-yə üzv ölkələr və Böyük Britaniya, İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə üçün səyahət qadağasını ləğv edəcək”, – deyə nazir bildirib.

O qeyd edib ki, İspaniya və Norveç istisna olmaqla, Aİ ölkələrinin çoxunda karantin qaydaları yumşaldılıb.

Nazir vurğulayıb ki, səyahət barədə xəbərdarlıq tövsiyələrlə əvəz olunacaq. Lakin XİN başçısı əlavə edib ki, Almaniya vətəndaşlarına ehtiyac olmadığı təqdirdə Britaniyaya səyahət etməmək barədə xəbərdarlıq olunacaq, çünki bu ölkədə 14 günlük karantin müddəti qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikol Paşinyan:

Sonrakı məqalə

Parlamentin komitə sədri: