Almaniya bu il Ukraynaya 7 milyard avro xərcləyəcək

Almaniya 2024-cü ildə Ukraynaya yardım üçün 7 milyard avrodan çox vəsait xərcləyəcək. Avropalı müttəfiqlər Kiyevə dəstəyi artırmalıdır.

Bu bəyanatla Almaniya kansleri Olaf Şols məlumat verib.

Kanslerin qeyd etdiyi kimi, Berlin hazırda Kiyevə bütün Avropa ölkələrinin ümumi hərbi yardımının yarıdan çoxunu verməsi qəbuledilməzdir.

Qeyd edək ki, Almaniya Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın əsas müttəfiqlərindən biridir. Berlin təkcə siyasi və maliyyə deyil, həm də hərbi dəstək verir. Tammiqyaslı müharibə başlayandan Almaniya bir neçə növ artilleriya, köhnə və yeni modifikasiyalı “Leopard” tankları, IRIS-T və “Patriot” hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, nəqliyyat vasitələri, pilotsuz uçuş aparatları və digər növ silahlar təqdim edib.

Əvvəlki məqalə

“Neftçi” uddu –

Sonrakı məqalə

ABŞ Dövlət katibinin müavini Türkiyədə səfərdədir