Almaniya, Fransa və Britaniya İrana xəbərdarlıq edib

Almaniya, Fransa və Böyük Britaniya rəhbərləri İranın Yaxın Şərqdə müttəfiqlərə qarşı hücumlarını davam etdirəcəyi təqdirdə hərbi tədbirlər görəcəklərini bəyan ediblər.

Bu barədə “Avropa üçlüyü” ölkələrinin dövlət və hökumət başçılarının birgə bəyanatında bildirilib.

Sənəd Almaniya hökumətinin mətbuat xidməti tərəfindən yayılıb.

“Biz İranı dərhal məsuliyyətsiz hücumlarını dayandırmağa çağırırıq. Regionda öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcəyik”, – bəyanatda deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.