Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya hərbi helikopterlər göndərəcək.
Azpost.info xəbər verir ki, Kiyev 6 ədəd çoxməqsədli “Sea King Mk41” helikopteri, onlar üçün lazımi avadanlıq və ehtiyat hissələri dəstləri alacaq.
Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Boris Pistorius bildirib ki, Mk41 ukraynalılara hərbi personalın daşınmasında və kəşfiyyatın aparılmasında kömək edəcək.
Azpost.info