Almaniya Rusiyanın “Şimal axını-2” layihəsini dayandırdı –
Almaniya Rusiyanın “Şimal axını-2” layihəsinin dayandırılması barədə prosedurun başlanmasına göstəriş verib.
Azpost.info bildirir ki, Almaniya kansleri Şolts İqtisadiyyat Nazirliyinə “Şimal axını-2” layihəsinə verilmiş sertifikatın ləğv olunması üçün işə başlamağa göstəriş verib.
Qeyd edək ki, Almaniya Rusyanın enerji ehtiyatlarını Baltik dənizi ilə Avropaya çıxaracaq “Şimal axını-2” enerji layihəsinin əsas operatoru idi.
