Almaniyada naməlum şəxs insanlara atəş açıb –

2 nəfər ölüb
09 Oktyabr 2019 - 15:52

Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb.

“Bild” qəzetinin verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb.

Şəhər polisinin “Twitter”də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.

Hazırda cinayətkarın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.