“Almaniyada siyasi mənzərənin dəyişməsi çox məyusedici və narahatedicidir”- ŞOLTS

Almaniya kansleri Olaf Şolts sentyabrın 1-də Saksoniya və Türingiyada keçirilən ştat seçkilərinin nəticələrini narahatedici adlandırıb və siyasi mənzərənin dəyişdiyini etiraf edib.

Azpost.info xəbər verir ki, onun fikrincə, bu, Almaniyada yeni koalisiyaların yaranmasına gətirib çıxara bilər.

“Seçkilərin nəticələri bütün ölkəmiz üçün çox məyusedici və narahatedicidir. Yalnız keçmişə baxan, insanları bir-birinə qarşı qoyan və nifaq salmaq istəyən bir partiya gələcəyə və birliyə zəmanət verə bilməz. Bu partiya heç vaxt ölkəmizin taleyini həll etməməlidir”, – Şolts bildirib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk dəfə sağçı partiya Almaniyada seçkilərində qalib gəlib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.