Almaniyanın avtomobil istehsalçıları 100 milyon avro cərimələnib- Səbəb

Almaniyanın rəqabətin qorunması üzrə dövlət qurumu ölkənin 3 aparıcı avtomobil istehsalçısını kartel sövdələşməsinə getməkdə təqsirli bilərək onları ümumilikdə 100 milyon avro cərimə edib.

Söhbət BMW, “Daimler” və “Volkswagen” şirkətlərindən gedir.

İstehsalçıların 2004-2013-cü illərdə polad alışı ilə bağlı qanun pozuntularına yol verdiyi bildirilir. Son nəticədə BMW 28 milyon avro, “Daimler” 23,5 milyon avro, “Volkswagen” isə 48,5 milyon avro cərimə ödəməli olacaq(report).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzda 10 yaşlı qız itkin düşüb

Sonrakı məqalə

Rusiyada dövlət çevrilişinə cəhd hazırlayan terror qrupu həbs edilib