Almaniyada türk əsilli Güler xarici işlər üzrə dövlət naziri olacaq –SİYAHI

Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar federal seçkilərin qalibi olan Xristian Birlik bloku – Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) ilə Sosial Demokratlar Partiyası (SPD) arasında koalision hökumətlə bağlı razılığın əldə olunmasından sonra kabinetdə yer alması nəzərdə tutulan bəzi nazirlərin adları elan edilib.

CDU-nun sədri, ehtimal olunan Kansler Fridrix Merts partiyasından namizədliyi irəli sürülən nazirlərin adlarını açıqlayıb.

Ölkənin Xarici İşlər Nazirliyinə 62 yaşlı Yohan David Vadephulun rəhbərlik etməsi nəzərdə tutulur. Son 60 ildə ilk dəfə bu vəzifəni CDU təmsilçisi icra edəcək. Xüsusi tapşırıqlar üzrə dövlət naziri və Kansler Ofisinin rəhbəri vəzifəsinə Thorsten Fray gətirilir.

Katerina Rayxe İqtisadiyyat və Energetika, Patrik Şnayder Nəqliyyat, Karin Prien Təhsil, Ailə, Yaşlılar, Qadınlar və Gənclər, Nina Varken Səhiyyə, Karsten Vildberger isə yeni yaradılan Rəqəmsallaşma və Dövlət Modernləşdirilməsi nazirliklərinə başçılıq etmələri planlaşdırılır.

Həmçinin Volfram Vaymer mədəniyyət və media, Xristian Şenderlayn idman və könüllü fəaliyyət, Mixael Mayster federasiya və ştatlararası əməkdaşlıq, Qunter Krixbaum və Türkiyə əsilli Serap Gülerin isə xarici işlər üzrə dövlət nazirləri vəzifələrini icra etmələri nəzərdə tutulur.

Koalisiya razılaşması bu gün CDU-nun federal komissiyasının qurultayında səsverməyə çıxarılacaq.

Xristian blokunun digər üzvü – CSU da kabinetdə yer alacaq üzvlərinin adlarını açıqlayıb. Partiyanın sədri Markus Söder idarə heyətinin iclasından sonra nazirləri elan edib. Daxili İşlər Nazirliyinə Aleksandr Dobrindtin namizədliyi irəli sürülüb. O, 2013-2017-ci illərdə nəqliyyat naziri vəzifəsində çalışıb.

Dorote Barın Tədqiqat, Texnologiya və Kosmos, Alois Raynerin Qidalanma, Kənd Təsərrüfatı və Regionların İnkişafı nazirliklərinə rəhbərlik etmələri nəzərdə tutulur.

Xatırladaq ki, CSU koalisiya müqaviləsini aprelin 10-da təsdiqləyib.

Koalisiya müqaviləsinə əsasən, hökumətdə CDU və SPD 7, CSU isə 3 nazirlikdə yer alacaq. SPD-nin öz nazirlərini həftə ərzində elan etməsi gözlənilir. Partiya koalisiya müqaviləsini aprelin 29-da səsverməyə çıxaracaq.

Fridrix Mertsin isə Bundestaqın mayın 6-da keçiriləcək iclasında Kansler seçilməsi nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.