Almatı şəhərində onlarla etirazçı öldürülüb, əməliyyat davam edir –

Polis idarəsi rəsmi açıqlama yaydı
06 Yanvar 2022 - 10:38

Qazaxstanın Almatı şəhərindəki inzibati binalara hucum zamanı etiraz aksiyasının onlarla iştirakçısı öldürülüb. 

Azpost.info “İnterfaks”-a istinadən bildirir ki, bu barədə şəhər polis departamentinin rəsmi nümayəndəsi Səltənət Azirbek bildirib. Onun sözlərinə görə, ötən gecə inzibati binaları, o cümlədən polis idarəsini  tutmaq üçün cəhdlər olunub.

DİN bəyan edib ki, Almatıda antiterror əməliyyatı davam edir. Əhalidən evdən çıxmamaq tələb olunur.