Almatı şəhərindəki meydanda atışma başlanıb

06 Yanvar 2022 - 08:49

Qazaxstanın Almatı şəhərindəki meydanda atışma başlanıb. 

Azpost.info bildirir ki, bu barədə “Sputnik Qazaxstan” məlumat yayıb. Meydana 50-dək hərbi texinka yeridilib. Bütün meydan əhatəyə alınıb. “Meydanın mərkəzində 200 nəfər etirazçı var. Onlardan bəziləri silahlıdır. Agentlik bildirir ki, 10 dəfə atəş açılıb. Amma güc strukturları atəş açmayıblar.

Bu gün səhər tezdən Almatıda əməliyyat həyata keçirilir. Təmizəlmə əməliyyatı güc strukturları və hərbçilərin birgə qüvvəsi aparılır. Kütləvi aksiya zamanı şəhərə ciddi ziyan dəyib. İnzibati binalar və maşınlar yandırılıb. Ticarət mərkəzləri talan edilib.