Almatıda patrul xidmətini Rusiya desantçıları aparacaq –

Ordu şəhərə yeridilib (RƏSMİ AÇIQLAMA)
06 Yanvar 2022 - 12:40

Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının sülhməramlı qüvvələri Qazaxıstanda vəzifələrini yerinə yetirməyə başlayıb. 

Azpost.info bildirir ki, bu barədə KTMT-in katibliyi məlumat yayıb. “KTMT qüvvələri dövlət müəssisələrini və hərbi obyektləri mühafizə edəcək”-deyə məlumtda deyilir.

Açıqlamada deyilir ki, sülhməramlı qüvvələrin əsas işi mühüm dövlət qurumlarının qorunması, Qazaxıstanda qayda-qanun yaradılması üçün yerli güc strukturları ilə birgə fəaliyyət göstərmək, sabitliyi bərpa və situasiyanın hüquqi müstəvdə bərpasını təşkil etməkdir.

Yanvarın 6-da, səhər tezdən Almatıya rus ordusunun ilk hissələri gətirilib. Rusiya sülhməramlıları şəhərdə patrul xidməti olaraq növbə çəkəcəklər.