Almatıda patrul xidmətini Rusiya desantçıları aparacaq –Ordu şəhərə yeridilib (RƏSMİ AÇIQLAMA)

Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının sülhməramlı qüvvələri Qazaxıstanda vəzifələrini yerinə yetirməyə başlayıb. 

Azpost.info bildirir ki, bu barədə KTMT-in katibliyi məlumat yayıb. “KTMT qüvvələri dövlət müəssisələrini və hərbi obyektləri mühafizə edəcək”-deyə məlumtda deyilir.

Açıqlamada deyilir ki, sülhməramlı qüvvələrin əsas işi mühüm dövlət qurumlarının qorunması, Qazaxıstanda qayda-qanun yaradılması üçün yerli güc strukturları ilə birgə fəaliyyət göstərmək, sabitliyi bərpa və situasiyanın hüquqi müstəvdə bərpasını təşkil etməkdir.

Yanvarın 6-da, səhər tezdən Almatıya rus ordusunun ilk hissələri gətirilib. Rusiya sülhməramlıları şəhərdə patrul xidməti olaraq növbə çəkəcəklər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov və Çavuşoğlu Qazaxıstandakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Azərbaycanda un və çörək üçün qiymət həddi müəyyən olundu –