Almatıda sərt karantin müddəti uzadılıb

Qazaxıstanda COVID-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşinin əmri ilə şəhərdə sərt karantin rejimi aprelin 12-dək uzadılıb.

Almatıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin gücləndirilməsi haqqında sənəd bu il martın 29-da qüvvəyə minir.

Sənədə əsasən alış-veriş və əyləncə mərkəzlərinin, ticarət evlərinin, muzeylərin, heyvanat parklarının, kitabxanaların, kafe və restoranların işi də qadağan ediləcək. Restoranlar və kafelər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilərlər.

Qazaxıstanda koronavirusun yayılması baxımından Nur-Sultan, Almatı və Qərbi Qazaxıstan vilayəti “qırmızı zona”ya daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 102-ci ildönümüdür

Sonrakı məqalə

Tanınmış həkim Vasif İsmayıl yol qəzasına düşüb