Rusiya Dumasının deputatı Fedot Tumusov ABŞ-ı Alyaskanı Rusiyaya qaytarmağa çağırıb.
Azpost.info xəbər verir ki, deputat Alyaskanın Rusiya torpağı olduğunu deyib.
“Alyaska bizimdir, qaytarsınlar. Mən dəqiq bilirəm ki, Alyaska Rusiya torpağıdır”, – Tumusov bildirib.
O, əlavə edib ki, Alyaskanın qaytarılmasını ədalətli hesab edir, çünki ABŞ hakimiyyəti rus çarına pul ödəməyib və alqı-satqı müqaviləsini pozub.
Azpost.info