AMEA-nın rəhbərlərinin maaşı nə qədər artıb? –

RƏQƏMLƏR
03 Sentyabr 2019 - 10:28

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılıb.

Bu artım müxtəlif dövlət və özəl qurumlarda işçilərin əmək haqlaraının artımına səbəb olub.

Azpost.info fins.az -a istinadən sentyabrın 1-dən etibarən AMEA-da 5 ən yüksək aylıq vəzifə maaşlarını təqdim edir. AMEA-nın prezidenti 2570, AMEA-nın 1-ci vitse-prezidenti 1780, AMEA-nın vitse-prezidenti, akademik katibi 1645, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 1230; İdarə rəisi 1190 manat əmək haqqı alacaqlar.