“Amerika xalqı fırıldqaçı Baydeni işdən çıxarmalıdır” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə ABŞ lideri Co Baydeni tənqid edib.

Azpost.info RİA-ya istinadən bildirir ki, onun sözlərinə görə, Bayden ali baş komandan ola bilməz.

“Bayden toxunduğu hər yerdə qanlı qırğın yaradır” -deyən Trampın fikrincə, vəziyyət daha da pisləşəcək.

Keçmiş prezident deyib: “Co Bayden ölkəmizi birbaşa üçüncü dünya müharibəsinə aparır”.

O, siyasi rəqibini “zəif, bacarıqsız və korrupsioner” oyunçu kimi qələmə verib. Tramp iddia edib ki, bu yaxınlarda İordaniyadakı Amerika bazasına hücumu təhrik edən də məhz Bayden olub. “Bu, prezidentin 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gələn səhv addımından sonra baş verib. ABŞ-ın düşmənləri daha cəsarətli oldular, “xaos və terroru” ortaya qoya bildilər”.

“Təhlükəsizliyimiz və sağ qalmağımız üçün Amerika xalqı fırıldqaçı Co Baydeni işdən çıxarmalıdır” -deyə Tramp yekunlaşdırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.