Amerikada işsizlərin sayı azalır –

İşçi qıtlığı yaranıb
06 Oktyabr 2019 - 09:39

Cümə günü açıqlanan rəqəmlərə görə, Birləşmiş Ştatlarda sentyabr ayında işsizlik son 50 ildə ən aşağı səviyyəyə – 3.5 faizə düşüb.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, Əmək Nazirliyinin açıqladığı hesabata görə, Birləşmiş Ştatlarda sentyabr ayında iş yerləri bir o qədər artmasa da, işsizlik nisbəti aşağı düşüb.

Belə ki, əvvəlki üç ayda orta hesabla yaradılan 157,000 iş yeri ilə müqayisədə son ayda 136,000 iş yeri açılıb.

Son zamanlar Birləşmiş Ştatlarla Çin arasındakı ticarət müharibəsinın güclənməsi qlobal artımın azalmasına və müəssisələrin də işə qəbul prosesini yavaşıdıb.

Əmək Nazirliyi sentyabr ayı ərzində orta əmək haqqının bir sent düşdüyünü deyir.

Bir il əvvəl bu vaxtla müqayisədə maaşlar 2.9% yüksəlib.

ABŞ iqtisadiyyatı genişlənməsinin 11-ci ilinə daxil olurkən, çox sayda bizneslər lazım olan işçiləri tapmaqda əziyyət çəkirlər. Bu faktor işə qəbulların azalmasına səbəblərdən biri kimi yozulur.