“Amerikalılar növbəti yazda normal həyata qayıda biləcəklər” –

Prezident Bayden
04 Mart 2021 - 09:49
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ Prezidenti Co Bayden bir il sonra amerikalıların koronavirus pandemiyasından əvvəlki həyat tərzinə qayıdacağına ümid etdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

Bayden həmçinin eks-prezident Donald Trampın dövründə pandemiya ilə mübarizə sahəsindəki yanlışları da vurğulayıb.

O, öz administrasiyasının hər zaman səhiyyə sistemindəki mövcud böhrana ciddi yanaşacağını bildirib.