Amsterdam aeroportunda həyəcanlı anlar- Təyyarəni qaçırmağa cəhd etdilər

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

TASS xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. “Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb”, – NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis “Twitter”dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

“Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər”, – deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payı 12 faiz artacaq

Sonrakı məqalə

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb