Ana azyaşlı övladlarına bıçaqla xəsarət yetirib –

Daşkəsəndə
26 Oktyabr 2019 - 10:02

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib. 

Rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları – 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.