Ana xəstəliklə doğulan 4 yaşlı oğlunu boğub öldürdü

Uşaq ölüb
Uşaq ölüb

Ukraynanın Ternopil bölgəsində qadın 4 yaşlı oğlunu qətlə yetirib.

Bu barədə Ternopil Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, patologiya ilə doğulan oğlanın ağır xəstəlik səbəbindən xüsusi daimi qayğıya ehtiyacı olub. Lakin ana 4 yaşlı oğlunu bir neçə gün nəzarətsiz qoyub.

Eksperizanın rəyinə görə, uşağın ölümü burun-ağız dəliklərinin bağlanması nəticəsində yaranan mexaniki asfiksiya nəticəsində baş verib.

Ana saxlanılıb, araşdırma aparılır./Lent.az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.