Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib

26 Dekabr 2019 - 11:22

Andrey Sipilin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib.

Azpost.info bununla bağlı Prezident sərəncam imzalayıb. A.Spellin buna qədər “PAŞA İnşaat”da İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışırdı.

Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

Hazırda tam siyahı belədir:

  • Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
  • Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
  • Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
  • Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
  • Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
  • Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
  • Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov
  • Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov
  • Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin