Ankara ilə İstanbul arasında yeni sürət qatarı işləyəcək- Saatda 300 kilometrlə

Ankara və İstanbul arasında yeni sürət qatarları xəttə buraxılacaq. Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Dəmir Yol Şirkətinin (TCDD) başçısı Kamuran Yazıcı deyib. Onun sözlərinə görə, sürət qatarının sürətinin saatda 300 kilometr olacağı gözlənilir.

K.Yazıcı qeyd edib ki, yeni qatarlar Almaniyanın “Siemens” şirkətindən alınıb və bu il noyabrın 22-də Türkiyəyə gətiriləcək.

Şirkət rəhbəri qeyd edib ki, Ankara və İstanbul arasında bu qatarların istismarına artıq gələn il fevralın 1-dən başlanılacaq.

Yeni qatarların ümumi dəyərinin 312 milyon avro olduğu deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“LUKOYL-Azərbaycan”a yeni direktor təyin olunub

Sonrakı məqalə

“İntellektual təmas önəmlidir”