“Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir”- AKAR

“Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir və yeganə məqsədi terrorla mübarizədir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada rusiyalı və suriyalı həmkarları ilə görüşdən sonra bildirib.

“Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa hədəflərimizin olmadığını vurğuladıq”, – Akar qeyd edib.

O, Türkiyənin PKK/YPG və İŞİD terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışdığını diqqətə çatdırıb: “Ankara bu iş çərçivəsində ölkəsinin və xalqının təhlükəsizliyini təmin etmək, eləcə də Suriyadan Türkiyəyə gələcək miqrasiyanın qarşısını almaq üçün hər cür səy göstərir”.

Azpost.info

Əvvəlki məqalə

“Bakıya, Sumqayıta qayıtmaq istəyən ermənilər gəlsinlər, amma…” –

Sonrakı məqalə

“SİRAB”ın Vasiv Talıbova məxsus olması barədə deyilənlər cəfəngiyyatdır” –